Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) və ya səlahiyyətli dövlət orqanlarına yanlış məlumatın verilməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) və ya səlahiyyətli dövlət orqanlarına yanlış məlumatın verilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.