Sumqayıt Regional Mədəniyyət İdarəsində mühüm strateji və taktiki tədbirlərin həyata keçirilməsi ilə bağlı onun yanında rəisdən (şura sədri), onun müavinindən, işçilərindən ibarət şura yaradılır.

Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.

Şuranın tərkibinə həmçinin tabeliyindəki müəssisələrin və təşkilatların rəhbərləri, mütəxəssislər, yaradıcılıq ittifaqlarının nümayəndələri və alimlər də daxil edilə bilər. Şuranın üzvlərinin sayı və tərkibi Nazirlik tərəfindən təsdiq edilir. Əsasnamə ilə İdarənin əmlakı ona təhkim edilmiş dövlət əmlakından, dövlət büdcəsindən məqsədli təyinatla ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, qanunvericiliklə nəzərdə tutulan digər mənbələrdən daxil olan vəsaitlərdən ibarətdir. İdarənin əmlakından bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə istifadə olunur.