Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunması vəziyyətinin yoxlanılması zamanı dövlət qurumunun kritik informasiya infrastrukturu obyektində keçirilmiş sonuncu yoxlama barədə materiallar, təhlükəsizliyin təmin olunması vəziyyətinə dair aidiyyəti kibermərkəzdə olan məlumatlar, o cümlədən baş vermiş kiberhücum və kiberinsidentlər, onların nəticələri, həmçinin görülmüş tədbirlər barədə məlumatlar nəzərə alınır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.