Kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturu obyektinə olan kiberhücumlara qarşı cavab tədbirlərinin görülməsi, kibertəhdidlərin və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını təmin edir, bu barədə aidiyyəti kibermərkəzi dərhal məlumatlandırır, həmçinin kiberinsidentlərin tədqiqatının tam və hərtərəfli aparılması ilə bağlı aidiyyəti kibermərkəzə zəruri şərait yaradır və dəstək verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə səlahiyyətli orqandan daxil olan sorğuları təxirəsalınmadan cavablandırır.
Eyni zamanda bu Qaydaların icrası ilə əlaqədar normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.