Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət olunmasını (dövlət qurumlarına münasibətdə Dövlət qurumları üzrə kibermərkəzlə birgə) yoxlamaq Milli kibermərkəzin vəzifəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Milli kibermərkəz kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsiz- liyinin təmin olunması vəziyyətinə nəzarət (dövlət qurumlarına münasibətdə Dövlət qurumları üzrə kibermərkəzlə birgə) də etməlidir.