“Neftçi”nin yeni baş icraçı direktor Fərrux Mahmudovun təqdimat mərasimi keçirilib.
Heftelik.az-ın məlumatına görə, Fərrux Mahmudov iyulun 24-də “Neftçi”nin baş icraçı direktoru təyin olunub.
Onun təyinatı Kamran Quliyevin prezident vəzifəsindən azad edilməsindən sonra gerçəkləşib.
Fərrux Mahmudov “Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən mediaya təqdim edilib.
Təqdimat mərasimində Rövşən Nəcəf deyib ki, “Neftçi” böyük klubdur, lakin uzun müddətdir komanda özünə layiq olmayan yerlərdədir.