HesablamaHesablama Palatası son illərdə mineral gübrə bazarında qlobal dəyişikliklərin baş verməsini, o cümlədən qiymətlərin kəskin artırılmasını qeyd etməklə yanaşı, bu sahədə fəaliyyətin gücləndirilməklə hazır kənd təsərrüfatı məhsullarının idxalının əvəzinə tələb olunan miqdarda mineral gübrələrin idxalını həyata keçirməklə respublikada kənd təsərrüfatı məhsullarının yerli istehsalının daha çox artırılmasını faydalı hesab edir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.