Audit kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramında müəyyən edilən predmet məsələlər üzrə audit qrupu tərəfindən mövcud təlimat və standartların prinsiplərinə uyğun aparılaraq müvafiq sübutların toplanması  həyata  keçirilib,  Sumqayıt Regional Mədəniyyət İdarəsinin  dövlət  vəsaitlərinin  və  digər  dövlət  əmlakının  idarə olunması, maliyyə hesabatlarının tərtibi ilə bağlı fəaliyyətində bir sıra uyğunsuzluqlar müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.

İdarə tərəfindən proqnozlaşdırma ilə bağlı fəaliyyət əsaslı şəkildə təşkil edilməyib və vəsaitlərin istifadəsi vəziyyətinə təsir edən amillər tam nəzərə alınmayıb. Bu isə bir sıra hallarda proqnoz göstəricilərinin əsaslandırılmadan artımlarla müəyyən olunması, xərclər smetasında xərc maddələri üzrə icra prosesində dürüstləşmələr aparılsa da, vəsaitin bir hissəsinin ilin sonunda istifadə olunmayaraq dövlət büdcəsinə geri qaytarılması, eyni zamanda, cəmi xərclərin icra səviyyəsinin yüksək olması fonunda təsiredici amilləri tam nəzərə almaq mümkün olan əməyin ödənişi ilə bağlı xərclər istifadə edilməmiş vəsaitin cəmi məbləğində böyük paya malik olub. Belə ki, auditin əhatə etdiyi illərdə cəmi qaytarılmış məbləğin müvafiq olaraq 51,4%-ni və 36,8%-ni əməyin ödənişi ilə bağlı xərclər təşkil edib.