Türkiyədə 5,5 maqnitudalı zəlzələ olub.
Heftelik.az-ın məlumatına görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Zəlzələnin ocağı Adananı Kozan rayonunda, 11,27 km dərinlikdə yerləşib. Zəlzələ Kahramanmaraş və Osmaniye vilayətlərində də hiss edilib.
Yaşayış binalarına ziyan dəymədiyi, bir neçə axırda çatlar yarandığı açıqlanıb.