Azərbaycan Respublikası Hesablama Palatasının 07.02.2023-ci il tarixli 2-3/3-2-17/2023 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş Proqrama əsasən “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditi aparılıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.

KDMN tədbirinin məqsədi dövlət  investisiyalarından dövlət proqramlarına və layihələrinə ayrılmış vəsaitlərin istifadəsinin mövcud hüquqi aktlara uyğunluğunu müəyyən etmək olub. Bununla yanaşı, uyğunluq auditinin məqsədi nəzərdə tutulan istifadəçiləri (Azərbaycan        Respublikasının Milli Məclisi, Naxçıvan       Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,  ictimaiyyət)   audit          olunan Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qanunvericilik aktlarına, qaydalara, müəyyən edilmiş məcəllələrə və razılaşdırılmış şərtlərə riayət etməsi ilə bağlı məlumatla təmin etməkdir (ISSAI 4000/ 23). Həmçinin, audit strategiyasının məqsədinə dair uyğunsuzluq riskinə effektiv cavab əldə edilib, təhlil zamanı xüsusi risklərə münasibətdə planlanlaşdırılmış audit predmetinə uyğun tapıntılar nəzərə alınıb.