“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin sayı artırılıb.
Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmana edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlər də həyata keçiriləcək:
– şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıda (çipdə) məlumatların dəyişdirilməsi:
– daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi;
– daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi;
– daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi;
– torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi;
– daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi;
– yerquruluşu planının verilməsi;
– daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi;
– ünvan reyestri məlumat bazasından arayışların verilməsi;
– ünvan xəritələrindən çıxarışların verilməsi;
– daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi;
– daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi;”.
– ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi;
– ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi;
– mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazənin verilməsi;
– Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazənin verilməsi;
– elektrik enerjisinin nəqlinə icazənin verilməsi;
– elektrik enerjisinin paylanmasına icazənin verilməsi;
– elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi;
– qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi;
– qazın nəqli üçün icazənin verilməsi;
– qazın paylanmasına icazənin verilməsi;
– yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi;
– neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi;
– neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi;
– neft və neft məhsullarının emalına icazənin verilməsi;
– neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi;
Təhsil sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
– təhsilalanlara təhsil müəssisələrində təhsil almalarına dair arayışların verilməsi;
– sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatların verilməsi;
Fövqəladə hallar sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
– təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışın verilməsi;
– partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi;
Ətraf mühitin mühafizəsi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
– atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi;
– balıqovlama biletinin verilməsi;
– ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletinin verilməsi, biletin müddətinin uzadılması;
– ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsinə xüsusi icazənin verilməsi.