Bakıda restoranda baş verən yanğın söndürülüb.

Heftelik.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində yerləşən “Mali” restoranında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb. Yanğının ətrafa yayılmasının qarşısı alınıb.

***

saat 11.01

Bakıda restoran yanır.

Heftelik.az xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən “Mali” restoranında yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub.

Hazırda yanğınsöndürənlər hadisə yerinə cəlb edilib.