Silahı, onun komplekt hissələri, döyüş sursatları, partlayıcı maddələr və qurğular və ya hərbi texnikadan başqa sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə xeyli miqdarda zərər vurduqda cəzalar məlum olub.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.

Silahı, onun komplekt hissələri, döyüş sursatları, partlayıcı maddələr və qurğular və ya hərbi texnikadan başqa sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə xeyli miqdarda zərər vurduqda min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərdə tutulmuş əməllər:

– təkrar törədildikdə;

– bir qrup şəxs tərəfindən törədildikdə;

– ağır nəticələrə səbəb olduqda;

– müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Xeyli miqdar” dedikdə beş min manatdan yuxarı olan məbləğ başa düşülür.