vergiTəqdim edilmiş “Yerinə yetirilmiş işlərin qəbulu Aktları” araşdırılarkən 2021-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayınadək təqdim edilən ümumilikdə 3.960.631,0 manat dəyərində işlərin yerinə yetirilməsini təsdiq edən Forma 2 Aktlarında ƏDV-nin hesablanmadığı müəyyən olunub.

Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.

Müqavilə şərtləri və öhdəliklərin icrası vəziyyəti və Keçirilən satınalmaların təşkili, iş və xidmətlərə tələbatın müəyyən edilməsi üçün zəruri olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun tərtib edilməli olan satınalma müqaviləsi təqdim edilməyib, həmçinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməmiş satınalma prosedurları keçirilməyib.