Sumqayıt Regional Mədəniyyət İdarəsi öz vəzifələrini yerinə yetirmək məqsədi ilə büdcədənkənar vəsaitləri, hüquqi və fiziki şəxslərin, o cümlədən xarici hüquqi və fiziki şəxslərin, beynəlxalq təşkilatların qrant və ianələrini cəlb etməklə xüsusi fondlar yaratmaq və onlardan istifadə etmək hüququna malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.

Region üzrə 2022-ci ildə İdarənin əhatəsində 122 mədəniyyət və incəsənət müəssisəsi, o cümlədən 45 mərkəzləşdirilmiş kitabxana sistemi (MKS) və kitabxana filialı, 41 mədəniyyət evi və klub, 12 muzey və 24 musiqi məktəbi olub.