Yoxlama tədbirləri nəticəsində kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən ciddi nöqsanlar aşkar edildikdə, zəruri tədbirlərin görülməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi qarşısında məsələ qaldırmaq Milli kibermərkəzin vəzifəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Kritik informasiya infrastrukturu obyektlərinə qarşı yönəlmiş kibertəhdidlər, kiberhücumlar, habelə kiberinsidentlər barədə məlumatları toplamaq, sistemləşdirmək və təhlilini aparmaq, kiberinsidentlərə qarşı cavab tədbirləri görmək, baş vermiş kiberinsidentlə əlaqədar tədqiqatlar həyata keçirmək (dövlət qurumlarına münasibətdə Dövlət qurumları üzrə kibermərkəzlə birgə), əldə olunmuş nəticələri Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə təqdim etmək də Milli kibermərkəzin vəzifəsidir.