Yoxlama tədbirləri protokollarla, bu tədbirlərin yekun nəticələri isə aktla rəsmiləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Yoxlama tədbirlərinə dair protokollar və akt yoxlamada iştirak edən şəxslər tərəfindən imzalanır və komissiyaya rəhbərlik edən şəxs tərəfindən təsdiq edilir.
Yoxlama tədbirlərinin yekun nəticəsinə dair aktın nüsxəsi aidiyyəti kritik informasiya infrastrukturu subyektinə göndərilir.