İşdə iştirak edən şəxslərin, nümayəndələrin, vəkillərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin gəlməsi haqqında məlumatlar məhkəmə iclasının protokolunda göstərilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
İşdə iştirak edən şəxslərin anket məlumatları (doğum tarixi, iş və yaşayış yeri) və işdə iştirak edən şəxslərə, nümayəndələrə, habelə tərcüməçiyə, ekspertlərə, mütəxəssislərə onların prosessual hüquq və vəzifələrinin bildirilməsinə və ya elan edilməsinə dair məlumatlar da məhkəmə iclasının protokolunda göstərilir.