Dövlət Təhlükəsizliyi Xidməti kritik informasiya infrastrukturunun informasiya təhlükə- sizliyini idarəetmə sisteminin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə uyğunluğunun təmin olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Kritik informasiya infrastrukturu subyektinin və provayderin müraciəti olduqda aidiyyəti şəxslərin, habelə provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə cəlb edilən şəxslərin müvafiq olaraq tələblərə uyğunluğu barədə rəy vermək (dövlət qurumlarına münasibətdə XRİTDX ilə birgə) də DTX-nın vəzifəsidir.