Fors-major hallarda və ya qəza zamanı gömrük qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsinə, müvafiq icra hakimiyyəti orqanına təxirə salınmadan hadisə barədə məlumat verilməməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Fors-major hallarda və ya qəza zamanı gömrük qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsinə, müvafiq icra hakimiyyəti orqanına təxirə salınmadan hadisə barədə məlumat verilməməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və ya nəqliyyat vasitələrinin dəyərinin beş faizindən on faizinədək məbləğdə cərimə edilir.