Sumqayıt Regional Mədəniyyət İdarəsində bəzi xərc maddələri üzrə 2021-ci ildə icra səviyyəsinin aşağı olması nəzərə alınmadan 2022-ci il üçün proqnozların artımla tərtib edilməsi səbəbindən icra səviyyəsi aşağı olub.

Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.

Bir neçə xərc istiqaməti üzrə vəsait icra edilməyib. Bir sıra xərclərdə icra səviyyəsi 80,0%-dən az, bir sıra xərc istiqamətlərində isə daha aşağı olub. İlkin xərclər smetası təsdiq edilən zaman büdcə vəsaitinə olan ehtiyacın düzgün müəyyənləşdirilməməsi nəticəsində ilkin dürüstləşmə zamanı artırılmış xərclər bəzi hallarda sonrakı dürüstləşmələr zamanı azaldılıb, bəzi hallarda tələbat olmadığı halda dürüstləşmə aparılaraq xərc maddələri artırılsa da, artırılmış vəsaitlər istifadə olunmayıb, icra ilkin təyinatdan da aşağı olub.