Azərbaycan Mərkəzi Bankı tərəfindən Bank Milli İranın Bakı filialında çirkli pulların yuyulması ilə bağlı yoxlamalar aparılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinin müəyyən edilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında AMB sədri Taleh Kazımov deyib.
O bildirib ki, bəzi nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib:
“Tərəfimizdən bəzi nöqsanlar tapılıb. Müvafiq olaraq bəzi əməliyyatlar məhdudlaşdırılıb. Bankın bağlanması nəzərdə tutulmur, Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə bilər”, – Kazımov bildirib.
Qeyd edilib ki, yoxlama əsasən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması və bu sahədə Azərbaycan qanunvericiliyinin tətbiqi üzrə olub.