Kritik informasiya infrastrukturu obyektlərinə qarşı yönəlmiş kibertəhdidlər, kiberhücumlar, habelə kiberinsidentlərin proqnozlaşdırılması, həmçinin kritik informasiya infrastrukturu obyektlərinin dayanıqlı fəaliyyət göstərməsinə təminat verən tədbirlərin işlənilib hazırlanması məqsədilə əldə edilmiş məlumatlar əsasında Milli kibermərkəz tərəfindən (dövlət qurumlarına münasibətdə Dövlət qurumları üzrə kibermərkəzlə birgə) kritik informasiya infrastrukturu obyektlərində təhlükəsizliyin təmin olunması vəziyyəti qiymətləndirilir və müvafiq hesabat hazırlanaraq səlahiyyətli orqanın rəhbərliyinə təqdim edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.