“Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsi ilə bağlı kənar dövlət maliyyə nəzarəti tədbininin pedmeti açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
Audit predmetini müəyyən edərkən Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin investisiya qoyuluşları ilə əlaqədar fəaliyyəti təhlil edilmiş, əhəmiyyətliliyi və riskləri qiymətləndirmək üçün peşəkar hakimə və inamsızlıq tətbiq edilməklə predmet kimi aşağıdakılar qəbul edilib (ISSAI 400/51):
Ayrılan vəsaitlərin əsaslandırılması;
ayrılan vəsaitlər üzrə aparılan maliyyə əməliyyatlarının və satınalmaların hüquqi aktlara uyğunluğu;
layihə üzrə hesabatlılığın hüquqi aktlara uyğunluğu.
Audit predmetinin keyfiyyət və ya kəmiyyət mahiyyətli ola biləcəyini nəzərə alaraq auditin əhatə dairəsinə müvafiq olaraq kəmiyyət və ya keyfiyyət yönümlü, yaxud onların birləşməsindən ibarət daxili nəzarət vasitələri diqqət mərkəzində saxlanılmışdır. Daxili nəzarət vasitələrini qiymətləndirərkən bu vasitələrin əhəmiyyətli uyğunsuzluq faktlarının qarşısını ala və ya aşkar edə bilməmə riski qiymətləndirilib (ISSAI 400/53).