Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün yetərli və müvafiq olmaqla kafi əminliyi formalaşdırıb.

Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.

“Fikrimizcə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməyin ödənişi, eləcə də mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının tərtibi istiqamətində fəaliyyəti istisna olmaqla, əsasən qüvvədə olan hüquqi aktlara uyğundur”, – deyə sənəddə qeyd edilib.