Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş -deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Heftelik.az-a verilən məlumata görə, Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüatlar da məlum olub. Gədəbəy rayon sakini olan 2002-ci il təvəllüdlü Ariz Əhmədov ailə qurduğu qızın toy mərasimində iştirak etmək üçün Qax şəhərinə gəlib. Toyun sonuna yaxın onunla Qax rayon sakini Yamən Şıxəmirli arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Ariz Əhmədov bıçaqla 1998-ci il təvəllüdlü Yamən Şıxamirlini vurub.
Qeyd edək ki, ilkin məlumata əsasən, toyda iştirak edənlərdən biri Yamən Şıxəmirlinin bir zamanlar Ariz Əhmədovun ailə qurduğu xanımı sevdiyini bildirib. Başlayan mübahisənin bəyin Yamən Şıxəmirlini bıçaqlaması ilə nəticələndiyi bildirilir.
Ariz Əhmədov və Yamən Şıxamirli Vətən müharibəsinin iştirakçıları olub.