Kritik informasiya infrastrukturu obyektlərinə qarşı yönəlmiş kibertəhdid və kiberhücumların qarşısının alınmasına, nəticələrinin aradan qaldırılmasına dair tövsiyələr vermək Milli kibermərkəzin (dövlət qurumlarına münasibətdə həmçinin Dövlət qurumları üzrə kibermərkəzin) vəzifəsidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək də vəzifələr sırasındadır.