Şəkidə ağacdan əncir yığan qadını elektrik cərəyanı vurub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında Şəki şəhəri, avtovağzal ərazisində Mahmudəliyev küçəsində baş verib.
Həmin küçədəki fərdi evlərin birinində yaşayan 1964-cü il təvəllüdlü Gülbənd Güləndam qızı Nəbiyeva həyətdəki ağacdan əncir yığan zaman onu yaxınlıqdan keçən yüksək gərginlikli elektrik cəryanı vurub, qadın ağacda ölüb. Meyiti ağacdan düşürmək üçün əraziyə müvafiq qurumların nümayəndələri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.