Audit sübutlarının qiymətləndirilməsi, həmçinin audit qrupunun hesabatında əks etdirilmiş nöqsanlara dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin münasibətinin diqqətə alınması, əməyin ödənişi, büdcədənkənar fəaliyyətin təşkili, dövlət satınalmalarının keçirilməsi, həmçinin mühasibat uçotunun təşkili və aparılması prosesində hüquqi aktların tələblərinə tam riayət edilməsi və bu sahədə nəzarətin gücləndirilməsi zərurətini qeyd etmək imkanı verir.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.