Auditin əhatə etdiyi illərdə İdarənin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsi xərclərinin funksional təsnifatının 3 bölməsindən ümumilikdə 43000,4 min manat vəsait nəzərdə tutulub, 40499,8 min manat və ya 94,2% səviyyəsində icra olunub.

Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.

Eyni zamanda, büdcədənkənar fəaliyyətdən daxil olmuş gəlirlər üzrə 2021-ci ildə 80,7 min manat, 2022-ci ildə 161,3 min manat, ümumilikdə 242,0 min manat vəsaitdən istifadə edilib.

Audit 2021-2022-ci illərdə İdarə tərəfindən ümumilikdə istifadə olunmuş 40741,8 min manat məbləğində vəsaiti, demək olar ki, tam məbləğdə əhatə edib.