Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, güzəşt məbləği və birdəfəlik ödənişin həcmi müəyyənləşəcək.
Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, güzəşt məbləği və birdəfəlik ödənişin həcmini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Bu müddət ərzində Nazirlər Kabineti nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını da Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir.