Gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.
Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Bu Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minir.