Hesablama Palatası respublikada yüksək reproduksiyalı yerli toxum istehsalının artırılması üçün bu sahədə baza rolunu oynayan və fəaliyyəti tamamilə büdcə vəsaiti hesabına maliyyələşdirilən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarının fəaliyyətlərinin gücləndirilməsini (təkmilləşdirilməsini) və sonrakı mərhələlər üzrə respublikada qeydiyyatdan keçmiş 1-ci və 2-ci reproduksiyalı toxumlar üzrə istehsalçıların fəaliyyətinin mütəmadi qiymətləndirilməsini, ilkin mərhələdə ölkənin ərzaq təhlükəsizliyində əsas yerləri tutan bitki növləri (buğda, arpa, kartof və s.) üzrə idxaldan asılılığın azaldılması istiqamətində (kvotanın daha əsaslı surətdə müəyyən olunması, toxumların mənbəyinin və hərəkətinin izlənilməsi və s.) əlavə tədbirlərin görülməsini vacib hesab edir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.
“Strateji hədəf 2. Heyvandarlıq məhsulları istehsalının artırılması” bölməsi üzrə 90710,9 min manat təsdiq edilmiş vəsaitdən 84189,0 min manatının və ya 92,8%-inin kassa icrası təmin olunub.