“Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsində dövlət satınalmalarında sənədləşmənin aparılması sahəsində vəziyyət açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
Qeyd edilib ki, obyektin ehtimal olunan müqavilə dəyəri normativ tələblərə – Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə” (2021-ci ilin 1 oktyabr tarixinədək olan dövr) 17.12.2015-ci il tarixli 390 nömrəli və 09.01.2021-ci ilin tarixli 4 nömrəli “Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi məsələlər barədə” (2021-ci ilin 1 oktyabr tarixindən sonrakı dövr üçün) Qərarlarının tələblərinə uyğun hesablanmayıb. Obyektin tikintisinin ehtimal olunan müqavilə dəyəri hesabatı obyektin tikintisi başlandığı tarixdən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Komitə (sifarişçi) tərəfindən razılaşdırılmış, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tikinti işlərinin smeta qiymətləri” toplusu əsasında tikinti işləri faktiki yerinə yetirildikcə hesablanıb.