Gömrük nəzarəti altında olan malların, nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətlər pozulmaqla çatdırılmasına görə, yəni on beş günədək müddətə gecikdirilərək çatdırılmasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
O cümlədən on beş gündən bir ayadək müddətə gecikdirilərək çatdırılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz əlli manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində, bir aydan iki ayadək müddətə gecikdirilərək çatdırılmasına görə fiziki şəxslər iki yüz manat məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manat məbləğdə, hüquqi şəxslər altı yüz manat məbləğdə, iki aydan altı ayadək gecikdirilərək çatdırılmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, altı aydan artıq müddətə gecikdirilərək çatdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.