Hər bir uyğunluq auditi əminlik tapşırığıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
Hesablama Palatası nəzərdə tutulan istifadəçilərin ehtiyaclarına əsaslanaraq əminlik səviyyəsini seçir. Bu hesabat məhdud əminliyi təmin edir. (ISSAI 4000 / 30).
Qeyd edilib ki, Hesablama Palatası birbaşa hesabatvermə tapşırığında audit predmetini təşkil edən sübutu meyarlar üzrə qiymətləndirir: “Audit predmeti və meyarlarını risk və əhəmiyyətliliyi nəzərə alaraq seçirik. Audit predmetini təşkil edən sübutu meyarlar üzrə ölçərək nəticəni formalaşdırmışıq. Nəticəni təsbitlər, xüsusi audit suallarına cavablar (uyğunsuzluqlar), rəy, təkliflər və tövsiyələr şəklində ifadə edirik. (ISSAI 4000/ 37)
Məhdud əminliyi təmin edən zaman audit təsbitlərinin audit meyarlarına uyğun olmaması ilə bağlı diqqətimizi cəlb edən heç bir məsələnin olmadığını bildiririk. Məlum olan uyğunsuzluq halları nəticədə əks etdirilib”.