İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məcburi ayırmaların vaxtında və ya tam aparılmamasına görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məcburi ayırmaların vaxtında və ya tam aparılmamasına görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.