Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi ilə bağlı tələblərin pozulması hallarının aradan qaldırılmasını tələb etmək Milli kibermərkəzin (dövlət qurumlarına münasibətdə həmçinin Dövlət qurumları üzrə kibermərkəzin) vəzifəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi ilə bağlı tələbləri pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək və səlahiyyətli orqanın kritik informasiya infrastrukturunun təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığı çərçivəsində xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla məlumat mübadiləsi həyata keçirmək də vəzifələr sırasında yer alıb.