Kritik informasiya infrastrukturu subyektlərini kibertəh- didlər, kiberinsidentlər, kiberhücumlar və təhlükəsizlik riskləri, onların təhlilinin nəticələri barədə məlumatlandırmaq Milli kibermərkəzin vəzifəsidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Eyni zamanda Milli kibermərkəz kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi ilə əlaqədar daxil olmuş müraciətlərə (dövlət qurumlarına münasibətdə Dövlət qurumları üzrə kibermərkəzlə birgə) baxmalıdır.