Poçt rabitəsinin milli operatorunun maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən edilən ayrı-ayrı prudensial normativlərin və tələblərin pozulmasına, yaxud prudensial hesabatların vaxtında, tam və ya düzgün təqdim olunmamasına görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Poçt rabitəsinin milli operatorunun maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən edilən ayrı-ayrı prudensial normativlərin və tələblərin pozulmasına, yaxud prudensial hesabatların vaxtında, tam və ya düzgün təqdim olunmamasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.