Qərardadın məzmununa aydınlıq gətirilib.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir:
– qərardadın çıxarılma vaxtı və yeri;
– qərardadı çıxaran məhkəmənin adı, hakim və ya məhkəmənin tərkibi və məhkəmənin iclas katibi;
– işdə iştirak edən şəxslər, mübahisənin predmeti və ya irəli sürülmüş tələb;
– qərardadın hansı məsələ barədə çıxarılması;
– məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi;
– baxılan məsələ üzrə nəticə;
– qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti.