Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda cəzalar məlum olub.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.

Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.