Kritik informasiya infrastrukturu subyektləri aşkar edilmiş kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair tələblərin pozulması hallarını təxirəsalınmadan aradan qaldırır və görülmüş tədbirlərin nəticəsi barədə məlumatların Reyestrdə yerləşdirilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən ciddi nöqsanlar aşkar edildikdə, habelə təhlükəsizlik üzrə kritik hal baş verdikdə, komissiya tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə səlahiyyətli orqan qarşısında məsələ qaldırıla bilər.