Auditin keçirilməsinə mane olma halları məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
Qeyd edilob ki, auditin keçirilməsinə fiziki olaraq maneçilik törədilməsi halları baş verməyib, lakin Komitənin 13.01.2023-cü il məktubuna əsasən aşağıdakı sənədlərin audit qrupuna təqdim edilmədiyi bildirilib:
- Layihə tapşırığı;
- Azərbaycan dili və terminləri üçün adaptasiya edilmiş cizgilər;
- geoloji hesabatlar;
- smeta sənədləri;
- Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilən Rəy;
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən Dağ-Mədən Ayırması Aktı;
- satınalma ilə bağlı sənədlər;
- obyektin tikintisi ilə bağlı baş podratçı ilə bağlanmış müqavilə;
- iş həcmləri cədvəli;
- müəllif nəzarəti jurnalı;
- yerli xəzinədarlıq orqanı ilə sifarişçi təşkilat arasında illər üzrə xərc edilmiş vəsaitlərin üzləşmə aktları.