Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi vəziyyətinə nəzarət ümumi və xüsusi tələblərə uyğunluğun qiymətləndirilməsi və aşkar olunan uyğunsuzluqların aradan qaldırılması, bu tələblərə riayət edilməsinin yoxlanılması, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin fasiləsiz (24/7 rejimdə) monitorinqi, müdaxilə sınaqları və kənar audit yoxlamalarının aparılması vasitəsilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Kritik informasiya infrastrukturu obyektinin texniki layihə sənədlərinin uyğunluğunu yoxlama tədbirləri həmin sənədlərin kritik informasiya infrastrukturu subyekti tərəfindən ekspertizası vasitəsilə keçirilir. Kritik informasiya infrastrukturu obyektinin texniki layihə sənədlərinə uyğunluğunun funksional sınağı plan əsasında keçirilir.