Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin tapşırığı əsasında kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinə dair hesabatlar, arayışlar və məlumatlar hazırlamaq Milli kibermərkəzin vəzifəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Eyni zamanda kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair tələblərin tətbiqi ilə bağlı məsələlər üzrə kritik informasiya infrastrukturu subyektlərinə yazılı və şifahi şəkildə izahlar vermək, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərmək Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həvalə olunmuş digər vəzifələri yerinə yetirmək də Milli kibermərkəzin vəzifələri sırasındadır.