Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları qüvvəyə mindikdən sonra yaradılan və ya yenilənən (dəyişikliklər aparılan) informasiya sistemlərinin, avtomat- laşdırılmış idarəetmə sistemlərinin və ya informasiya-kommunikasiya şəbəkələrinin funksionallığının pozulmasının qanunda göstərilən nəticələrə səbəb ola bilməsi həmin sistem və şəbəkələrin layihələndirilməsi mərhələsində onların sahibləri (istifadəçiləri) tərəfindən müəyyən edilir və bu barədə səlahiyyətli orqana məlumat verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

İnformasiya   sistemləri,   avtomatlaşdırılmış   idarəetmə sistemləri və ya informasiya-kommunikasiya şəbəkələri Siyahıya daxil edildikdən sonra 2 (iki) ay müddətində kritik informasiya infrastrukturu subyektləri tərəfindən həmin obyektlərə dair təhlükəsizlik üzrə xüsusi tələblərin Reyestrin müvafiq bölməsində yerləşdirilməsi təmin edilir.