Hesablama Palatası Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə təkliflər irəli sürüb.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Həmin təkliflər aşağıdakılardır:
1.1. Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində artıq saxlanılmış 8,0 ştat vahidinin 2023-cü il 01 fevral tarixindən yeni ştat cədvəlinə daxil edilməsi;
1.2. auditin əhatə etdiyi tədris illəri üzrə artırılmış ümumilikdə 353,5 saat hesabına artıq ödənilmiş əməkhaqqı üzrə cəmi 99542,5 manat;
1.3. Saray qəsəbə Uşaq İncəsənət məktəbi üzrə dərslərin üst-üstə düşməsi səbəbindən artıq ödənilmiş 34564,0 manat vəsaitdən 28600,0 manat;
1.4. əməkhaqqına əlavələr üzrə 8040,2 manat;
1.5. normadan artıq ödənilmiş yanacaq xərci üzrə 658,0 manat;
1.6. ezamiyyə günlərinin sayının düzgün hesablanmaması nəticəsində 5 halda artıq ödənilmiş ezamiyyə xərci üzrə 1344,6 manat;
1.7. istifadə edilən materialların düzgün olmayaraq xərcə silinmiş dəyəri üzrə 1510,0 manat;
1.8. əmək haqqı kartlarına artıq ödənilmiş 6 halda ümumilikdə 2371,27 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa edildiyinin;
1.9. 2022-ci il üçün maliyyə hesabatlarında zəruri düzəlişlərin edilməsinin nəzərə alınması.