Kritik informasiya infrastrukturu subyektinin hansı fəaliyyətləri həyata keçirdiyi məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturu obyektinin müəyyən olunması üçün sorğu edilmiş məlumatları 30 (otuz) gün müddətində səlahiyyətli orqana təqdim etməli, bilavasitə və (və ya) kibertəhlükəsizlik xidməti provayderi vasitəsilə kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyini ümumi və xüsusi tələblərə uyğun olaraq təşkil etməli və həmin tələblərə riayət olunmasına nəzarəti təmin etməlidir.