Audit qrupunun hesabatında göstərilən uyğunsuzluqlar (tapıntılar) ilə tanış olaraq irad və rəy bildirmək üçün həmin hesabat 15.03.2023-cü il tarixli məktubla Mədəniyyət Nazirliyin və Sumqayıt Regional Mədəniyyət İdarəsi təqdim edilib, İdarənin 17.03.2023-cü il və 30.03.2023-cü il tarixli məktubları ilə cavab alınıb.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Cavab məktubunda audit qrupunun hesabatında qeyd olunmuş bəzi məsələlərlə əlaqədar məlumatlar əks etdirilib. Bu cavab tam, dəqiq və ədalətli şəkildə təqdim edilməsi üçün tapıntıların audit olunan təşkilat ilə müzakirə edildiyini göstərir.